Türkiyə yanvar-may aylarında İrana avtomobil ixracını 70 faizdən çox artırıb

0 4

Bakı. Trend:

Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana avtomobil
ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artıraraq 65,2
milyon dollara çatdırıb.

Trend-in məlumatına görə, bu
barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən
bildirilib.

May ayında Türkiyə İrana avtomobil ixracını 2021-ci ilin eyni
ayı ilə müqayisədə 87,6 faiz artıraraq 11,6 milyon dollara
çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin
avtomobil ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz
artaraq 12,5 milyard dollara bərabər olub.

Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində
avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə
22,4 faiz çoxdur.

Son 12 ay ərzində isə (may 2021-may 2022) Türkiyə ümumilikdə
29,8 milyard dollar məbləğində avtomobil ixrac edib.

Leave A Reply

Your email address will not be published.