Bakı. Trend:
UNEC-də bu ildən bakalavr səviyyəsi üzrə İnformasiya
təhlükəsizliyi ixtisasına azərbaycan və rus dilləri ilə yanaşı,
ingilis dilində də qəbul aparılacaq.
Tələbələr UNEC-in yeni tədris binasında İnformasiya
təhlükəsizliyi ixtisası üzrə 3 dildə, qlоbаl əmək bаzаrının
tələblərinə cavab verə bilən, peşəkar, eyni zamanda хаricidilli
mütəхəssis kimi hazırlanacaqlar.
UNEC-in Rəqəmsal iqtisadiyyat fakültəsində İnformasiya
təhlükəsizliyi ixtisası ilə yanaşı, Kompüter elmləri, Sistem
mühəndisliyi, İnformasiya texnologiyaları və Kommunikasiya
sistemləri mühəndisliyi ixtisasları tədris olunur.