Unibank müştəriləri 6,7 milyon manatdan çox keşbek qazanıb

0 7

Bakı. Trend:

Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank
kartları ən çox keşbek qazandıran kart məhsullarındandır. İndiyədək
Unibank kart sahiblərinin qazandığı keşbek məbləğinin həcmi 6,7
milyon manatı keçib. İlin əvvəlindən bu yana Unibank kartlarından
istifadəyə görə hesablanan keşbekin həcmi isə 3,4 milyon manata
yaxındır.

Hazırda 1000-dən artıq partnyor mağaza və xidmət mərkəzlərində
UCard ilə alış- veriş edərkən və xidmətlərdən istifadə edən zaman
xərclənən vəsaitin 30%-dək hissəsi karta geri qayıdır.
Qeyri-partnyor tərəfdaşlardan isə 1%-dək keşbek qazana bilərsiniz.
İndi Unibank kart sahibləri üçün bir sıra ticarət və xidmət
sahələrində alış-veriş etmək xüsusilə sərfəli olub. UCard
sahibisinizsə, dünyanın istənilən yerində marketlər,
yanacaqdoldurma məntəqələri, kafe və restoranlarda daha yüksək
keşbek qazanmaq imkanınız var.

UCard sahiblərinə 5% keşbek qazandıran ticarət və xidmət
kateqoriyaları:

  • Dünyanın bütün marketlerində və onlayn marketlərdə – 5%;

(Bunun üçün UCard kartını Apple Pay / NFC / Garmin Pay-ə əlavə
edib, smartfon və ya smart cihazlarla istənilən marketdə minimum 10
AZN dəyərində ödəniş etmək lazımdır).

  • Dünyanın istənilən yanacaqdoldurma məntəqələrində – 5 % (aylıq
    nağdsız 200 AZN-dək dövriyyədən aşağı- 3%);
  • Dünyanın istənilən kafe və restoranlarında onlayn sifarişlər də
    daxil olmaqla – 5% (aylıq nağdsız 200 AZN-dək dövriyyədən aşağı
    -3%).

Əgər Unibank kartınız yoxdursa, ən yaxın bank filialına
yaxınlaşıb dərhal, yerindəcə və pulsuz multivalyutalı UCard ala
bilərsiniz.

Unibank kartları ilə keşbek qazanmaq imkanı olan partnyor və
qeyri-partnyor şəbəkəsində (https://unibank.az/az/cards/cashback) istənilən
sektordan – supermarket, geyim, aksesuar, parfümeriya, texnika,
turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşlar
tapmaq mümkündür.

Unibank-Sənin Bankın!

Leave A Reply

Your email address will not be published.