Uşaq cərrahı Vüsal Cəfərov canlı yayımda çıxış edəcək

0 2

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalının Uşaq cərrahiyyəsi şöbəsinin
yüksəkixtisaslı uzman uşaq cərrahı Vüsal Cəfərov 5 iyul 2022-ci il
tarixində saat 16.00-da “Uşaqlarda sünnət nə vaxt və hansı üsulla
edilməlidir?” mövzusunda canlı yayımda çıxış edəcək və
izləyicilərin suallarını cavablandıracaq. Canlı yayım Mərkəzi
Gömrük Hospitalının rəsmi Facebook səhifəsi üzərindən yayımlanacaq
(https://www.facebook.com/customshospital/).

Sualları canlı yayım vaxtı və yaxud öncədən Mərkəzi Gömrük
Hospitalının facebook səhifəsi vasitəsilə ünvanlamaq mümkündür.
Əlavə məlumat üçün (012) 404 08 08 telefon nömrəsinə zəng etmək
mümkündür. Qeyd edək ki, Dr. Vüsal Cəfərov 2009-cu ildə Azərbaycan
Tibb Universitetinin pediatriya fakültəsini bitirdikdən sonra
2011-2016-cı illərdə İstanbul Cərrahpaşa Universitetinin Tibb
fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində
uzmanlıq təhsili almışdır.

Dr. Vüsal Cəfərov 2016-cı ildən etibarən Mərkəzi Gömrük
Hospitalında uşaq cərrahı kimi çalışır. O, uşaqlarda anadangəlmə
inkişaf qüsurlarının, yenidoğulmuş uşaqların cərrahi
problemlərinin, uşaqlarda rast gəlinən təcili patologiyaların
müalicəsi üçün aparılan əməliyyatları, həmçinin, müxtəlif növ uşaq
uroloji əməliyyatlarını həm açıq cərrahiyyə, həm də laparoskopik
üsulla icra edir.

O, dünya mətbuatını mütəmadi olaraq izləyir, tibb elminin
nailiyyətləri ilə tanış olur, onları öyrənir və öz təcrübəsində
tətbiq edir. Dr. Vüsal Cəfərov Türk Təbiblər Birliyinin, Türk Uşaq
Cərrahiyyəsi Dərnəyinin və Türk Hipospadiya Dərnəyinin üzvüdür.

Leave A Reply

Your email address will not be published.