Bakı. Trend:
Xızı Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı
kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər įnəticəsində
rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda
kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şorabad
kənd sakini Elmin Əliyevi saxlayıblar.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı
RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış
tədbirləri nəticəsində həmin şəxsin meşə zolağında əkib
yetişdirdiyi külli miqdarda yaş vəziyyətdə əkilib-becərilməsi
qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq
götürülüb.
Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin
qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.