Yanvar-may aylarında İtaliyadan Türkiyəyə 9 milyon tondan çox yük daşınıb

0 8

Bakı. Trend:

2022-ci ilin yanvar-may aylarında İtaliyadan Türkiyə limanlarına
9 milyon 734 min 435 ton yük daşınıb.

Trend xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur
Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən
gəmilər İtaliyadan limanlara 3 milyon 71 min 468 ton, digər
ölkələrin bayraqları altında üzən gəmilər isə 6 milyon 328 min 915
ton yük çatdırıb.

Bu müddət ərzində İtaliya bayraqlı gəmilər Türkiyə limanlarına
334 min 52 ton yük çatdırıb. 2022-ci ilin yanvar-may aylarında
Türkiyə limanlarına İtaliyadan 16 milyon 10 min 339 ton tranzit yük
daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431
min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu
Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu
isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton
tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292
min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu
Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu
isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton
tranzit yük aşırılıb.

Leave A Reply

Your email address will not be published.