Yaponiya minaların təmizlənməsində Azərbaycana dəstəyini davam etdirəcək — Səfir

0 3

Tərtər. Trend:

Yaponiya hökuməti Azərbaycanın azad olunmuş ərazilərində
bərpa-quruculuq və minatəmizləmə işlərinə dəstək göstərməyə
hazırdır.

Bunu Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi Trend-in yerli bürosuna müsahibəsində
deyib.

Onun sözlərinə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF)
ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında “Tərtər Rayonunun
Minadan Təmizlənməsi üçün Təchizatların Təmin Edilməsi” layihəsi
çərçivəsində 11 ədəd mina təmizləyən aparat və eyni zamanda
avtomobil təqdim olunub.

«Yaponiya hökuməti azad olunmuş ərazilərdə bərpa-quruculuq və
minatəmizləmə işlərinə dəstək gösdərməyə hazırdır. Bu çərçivədə də
bu layihəni həyata keçirmək qərarına gəldik. Bundan sonra da
Yaponiya hökuməti olaraq bu kimi fəaliyyətlərə dəstək göstərməyə
davam edəcəyik. Azərbaycan hökumətinin işğaldan azad olunmuş
ərazilərdə «yaşıl» enerji zonasının yaradılması məsələlərində yapon
şirkətləri ilə əməkdaşlıq edilib. İstərdik ki bu layihələr daha da
genişlənsin», — səfir bildirib.

Leave A Reply

Your email address will not be published.