«Yaşıl» enerji ilə bağlı yeni proqramlar həyata keçiriləcək — Nazir müavini

0 3

Bakı. Trend:

Ölkəmizdə elektrik enerjisinin demək olar ki, 94 faizi təbii
qazla istehsal olunur. Bu səbəbdən «yaşıl» enerjinin artımı təbii
qazın qənaətinə gətirib çıxarır.

Trend-in məlumatına görə, bunu energetika nazirinin müavini
Elnur Soltanov jurnalistlərə açıqlamasında bildirib.

E.Soltanovun sözlərinə görə, bu istiqamətdə bir sıra məqsədlər
və həyata keçiriləcək proqramlar mövcuddur.

“İnvestorların cəlbi üçün İqtisadiyyat Nazirliyi ilə işlər davam
etdirilir. Bizim üçün daxili investorlar prioritetdir. Lakin bu
sahə xarici inverstorlara da açıqdır və yaxın tarixlərdə xoş
xəbərlər eşidəcəyik”, — deyə o əlavə edib.

Leave A Reply

Your email address will not be published.