Zaqatalada avtoxuliqanlıq edən sürücü həbs olunub (FOTO/VİDEO)

0 4

Bakı. Trend:

Sosial şəbəkələrdə Zaqatala şəhəri ərazisində “VAZ-2107” markalı
nəqliyyat vasitəsinin sürücüsünün yol-hərəkəti qaydalarını, ictimai
asayişi nümayişkaranə şəkildə pozduğuna, eləcə də nəqliyyat
vasitəsini aşırdığına dair görüntülər yayılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə
verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol
Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində
sürücünün şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun rayon
sakini Namiq Şabanov olduğu məlum olub. Həmin şəxs saxlanılıb və
barəsində İnzibati Xətalar Məcəlləsinin 511-ci ( avtoxuliqanlıq)
maddəsi ilə protokol tərtib edilərək baxılması üçün rayon
məhkəməsinə göndərilib.

Məhkəmənin də qərarı ilə Namiq Şabanov 25 sutka inzibati həbs
olunub və sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Leave A Reply

Your email address will not be published.