Bakıda NARGIS nəşriyyat evinin “Planet Calling” adlı ekoloji sərgisinin açılışı olub (VİDEO, FOTO)

0 17

Bakı. Trend:

Bakı Dənizkənarı Bulvarında NARGIS nəşriyyat evinin ətraf
mühitin mühafizəsi və ekoloji problemlərə həsr olunmuş “Planet
Calling” adlı növbəti sərgisinin açılışı olub.

Trend-in
məlumatına görə, ekspozisiyada təkrar emalı çətin olan
materiallardan və sənaye tullantılarından hazırlanmış 13
instalyasiya, o cümlədənTəhsil Nazirliyinin Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin tələbələrinin təqdim etdiyi “Gələcəyin enerjisi”
əsəri nümayiş etdirilib.

NARGIS nəşriyyat evi “Mayak” əsərini təqdim edib.

Azərbaycanın nazirlik və idarələrinin nümayəndələri, Böyük
Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, “İçərişəhər” Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin
Seyidzadə, fotoqraf Reza Deqati və başqaları sərginin xüsusi
qonaqları olublar.

Tədbirin aparıcısı Tural Əsədov qonaqları salamlayaraq NARGIS
jurnalının baş redaktoru Ülviyyə Mahmudun çoxsaylı sosial və
ekoloji layihələrin təşkili təşəbbüsündən danışıb.

Daha sonra təhsil nazirinin müavini Firudin Qurbanov çıxış edib.
O, dəvətə görə təşəkkür edib və qeyd edib ki, sərginin adı çox
mühüm mesajı, fəaliyyətə çağırışı ehtiva edir.

“Təəssüf ki, dünyada ekoloji problem aktualdır və bəşəriyyətə
böyük təsir göstərir. Ölkəmizdə Prezident İlham Əliyevin təşəbbüsü,
Heydər Əliyev Fondunun dəstəyi ilə ekoloji tarazlıq probleminə
böyük diqqət yetirilir. Mın bu prosesdə NARGIS nəşriyyat evinin
fəaliyyətini xüsusi qeyd etmək istərdim”, – deyə o bildirib.

Nazir müavini gənc nəslin ekoloji maarifləndirilməsi və
tərbiyəsi probleminə toxunaraq, sərgidə Respublika Uşaq-Gənclər
İnkişaf Mərkəzinin tələbələrinin işlənmiş batareyalardan
hazırladıqları instalyasiyanı xüsusi qeyd edib. O, Təhsil
Nazirliyinin Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə”
hərəkatının nəzdində fəaliyyət göstərən “Ekoklub”un dəstəyi ilə son
üç ildə təhsil müəssisələri üçün keçirilən təlimlərdən danışıb.

Bundan sonra çıxış edən Uşaq-Gənclər İnkişaf Mərkəzinin
direktoru Firuzə Sultanzadə sərginin bütün iştirakçılarına və
təşkilatçılarına təşəkkürünü bildirib.

“Energy of the Future” (“Gələcəyin Enerjisi”) instalyasiyasının
müəllifləri olan məktəblilər də öz təəssüratları ilə
bölüşüblər.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar
Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “AzərEnerji” ASC,
“Azərişıq” ASC, “Azərsu” ASC, Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyi, “Baku Steel Company” QSC, Bakı Nəqliyyat Agentliyi,
Dövlət Radiotezliklər İdarəsi, “Space 13”-ün dəstəyi ilə həyata
keçirilib.

Qonaqları ekspozisiya ilə tanış etdikdən sonra NARGIS jurnalının
kollektivi ənənəvi olaraq bulvarda ağac əkib. Tədbir Nicat
Mənsimovun çıxışı ilə başa çatıb.

“Planet Calling” sərgisi avqustun 24-dək ziyarətçilər üçün açıq
olacaq. Giriş sərbəstdir.

Leave A Reply

Your email address will not be published.