Bu il istehsal edilən kənd təsərrüfatı məhsulunun ümumi dəyəri açıqlanıb

0 16

Bakı. Trend:

2022-ci ilin yanvar-may ayları üzrə Azərbaycanda kənd
təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2
milyard 639,8 milyon manat təşkil edib.

Bu barədə Trend
Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, həmin dəyərin 2 milyard 028,4 milyon manatı
heyvandarlıq, 611,4 milyon manatı isə bitkiçilik məhsullarının
payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının
istehsalı 3,3 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 2,8
faiz, bitkiçilik məhsulları üzrə isə 5,1 faiz artıb.

Leave A Reply

Your email address will not be published.