Ceyhun Bayramov alman professor Mixael Reynhardla görüşüb (FOTO)

0 16

Bakı. Trend:

7 iyul 2022-ci il tarixində nazir Ceyhun Bayramov Almaniyanın
Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul
edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə
alim M.Hess “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının
tarixi və inkişaf yolu” adlı kitabını nazir Ceyhun Bayramova təqdim
edib. Alim qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və
Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin
irsini geniş oxucuların diqqətinə çatdırmaqdır. O, kitabın
ölkəmizlə bağlı elmi araşdırmalar aparan şəxslər üçün etibarlı
mənbə qismində çıxış edəcəyini bildirib.

Nazir Ceyhun Bayramov alim Mixael Hessə təşəkkürünü ifadə edib.
O, Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm
adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini
vurğulayıb və bu mənada kitabın dəyərinin yüksək olduğunu söyləyib.
Nazir, alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici
dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd
edib.

Nazir Ceyhun Bayramov alman alimi Mixael Hessə gələcək
fəaliyyətində uğurlar arzu edib.

Leave A Reply

Your email address will not be published.