Bakı. Trend:
İrəvan və şəhərin Təpəbaşı məhəlləsi ilə bağlı UNESCO-ya
müraciət ünvanlanıb.
Trend-in məlumatına görə, bu barədə“İrəvan şəhərində Azərbaycan
milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin
taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və
tarixi izlərin silinməsi” üzrə araşdırmanın təqdimat mərasimində
bildirilib.
Qeyd edilib ki, İrəvan, o cümlədən şəhərin Təpəbaşı məhəlləsində
yerləşən Azərbaycan xalqının milli-mədəni, tarixi irsinə qarşı
Ermənistanın həyata keçirdiyi mədəni soyqırımı prosesi ilə bağlı
Azərbaycanın bir qrup elm xadimi və ictimaiyyət nümayəndələri
tərəfindən UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət
ünvanlanıb.