İran və Azərbaycan birgə layihələri icra etməkdədir – İranlı nazir

0 21

Bakı. Trend:

İran və Azərbaycan su və elektrik sahələrində birgə layihələri
icra etməkdədir.

Trend-in məlumatıa
görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıda
Heydər Əliyev adına beynəlxalq aeroportda jurnalistlərə verdiyi
açıqlamada deyib.

Ə.Mehrabianın sözlərinə görə, səfər çərçivəsində Xudafərin və
Qız Qalası hidroqovşaqları və su elektrik stansiyaları haqda
müzakirələr aparılacaq. Həmçinin iki ölkə arasında əməkdaşlıq
sənədinin imzalanması nəzərdə tutulub.

Mehrabian əlavə edib ki, müxtəlif sahələrdə, o cümlədən bərpa
olunan enerjilər, İran, Azərbaycan və Rusiyanın elektrik
şəbəkəsinin birləşdirilməsi və digər maraq doğuran sahələrdə
danışıqlar aparılacaq.

İranlı nazir deyib ki, İranın hazırkı hökumətinin
prioritetlərindən biri qonşu ölkələrlə əlaqələrin inkişaf
etdirilməsidir. Azərbaycan İranın yaxşı qonşularından biridir və
iki ölkə rəsmiləri arasında çoxlu sayda görüşlər iki tərəfin
əməkdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək üçün ciddi iradəyə
sahib olduğunu göstərir.

Leave A Reply

Your email address will not be published.