Bakı. Trend:
Azərbaycan minatəmizləmə prosesinə Avropa İttifaqının (Aİ)
dəstəyini yüksək qiymətləndirir.
Trend-in
məlumatına görə, bu barədə Xarici işlər nazir Ceyhun Bayramov
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali
nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.
“Aİ-dən bu yaxınlarda təqdim olunmuş 4 milyon avroluq humanitar
paketə minalardan təmizləmə dəstəyi də daxildir”, – deyə C.Bayramov
bildirib.