Azərbaycan və Aİ “yaşıl” enerji üzrə dialoqu genişləndirir – Ceyhun Bayramov

0 12

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) yaşıl enerji üzrə dialoqu
genişləndirir.

Trend-in
məlumatına görə, bu barədə Xarici işlər nazir Ceyhun Bayramov
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali
nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib

“Bərpa olunan enerjinin inkişafı Aİ ilə əməkdaşlığımızın
prioritet sahələrindən biridir”, – deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, Azərbaycan 2030-cu ilədək bərpa olunan
enerji mənbələrinin ümumi elektrik enerjisi istehsalında payını 17
faizdən 30 faizə çatdırmağı planlaşdırır.

C.Bayramov onu da qeyd edib ki, “Cənub Qaz Dəhlizi” vasitəsilə
hidrogenin Avropa bazarına çıxarılması potensial olaraq
mümkündür.

Xatırladaq ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı
arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa
İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində
Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Leave A Reply

Your email address will not be published.