Misir və Əlcəzair mətbuatı Prezident İlham Əliyevin media nümayəndələrinə müraciətini yayıb

0 8

 

Qahirə, 23 iyul

 

Misirin nüfuzlu “Əl Əhram” qəzeti və “Youm7” portalı Prezident İlham Əliyevin Azərbaycan mediasına müraciətindən əsas məqamları yayımlayıb.

Misir ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyev milli informasiya resurslarının potensialının və qlobal informasiya şəbəkəsində mövqelərin gücləndirilməsinin başlıca vəzifə olduğunu vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan Respublikası müstəqil siyasət yürüdən, müasir, güclü, beynəlxalq münasibətlər sistemində layiqli yeri olan dövlətdir. Məhz buna görə qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdləri səngimir. Vətən müharibəsi zamanı Azərbaycan mediası informasiya cəbhəsində mübarizə apararaq, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında, cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında böyük rol oynayıb. Media resurslarımız Azərbaycan həqiqətlərini, o cümlədən işğal dövründə ermənilərin tarixi torpaqlarımızda törətdikləri misli görünməmiş vəhşilikləri və vandallığı beynəlxalq ictimaiyyətə çatdırmaq üçün fəaliyyətlərini yorulmadan davam etdirirlər.

Əlcəzairin “Əl Hərir” portalı Prezident İlham Əliyevin Azərbaycan mediasına müraciətinin ərəb dilində tam mətnini və “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Şuşada keçirilən Beynəlxalq Media Forumu haqqında materialı yayımlayıb. (Azertag.az)

Leave A Reply

Your email address will not be published.