Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev dünyanın ən məşhur turnirlərindən biri olan “Bellator”da döyüşə çıxıb.
Azbelediyye.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Vaşinqtonda rinqə çıxan idmançımızın rəqibi amerikalı məşhur döyüşçü Sidney Outlav olub.
Tofiq Musayev elə ilk raundda rəqibini nokauta göndərməyi bacarıb. Görüş cəmi 27 saniyə çəkib.