Ərdoğan: “Ermənistanla normallaşma prosesində Azərbaycan “qırmızı xəttimiz”dir” (VİDEO)

0 12
“Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı münasibətlərimizin normallaşma prosesini müzakirə etdik”.

Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.
O, Türkiyənin “qırmızı xətt”inin Azərbaycan olduğunu, Türkiyə və Ermənistan arasında normallaşma prosesinin bu məsələ həll olunduqdan sonra mümkün olacağını qeyd edib: “Amma biz onlardan (Ermənistandan) konkret addımlar atmaqlarını gözləyirik, bu normallaşma prosesində qətiyyətliyik”.
Ərdoğan İran səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşündən də danışıb: “Görüşümüz çox fərqli keçdi, çünki Putin və Zelenski məsələsində hamıya düşmən deyil, dost gözü ilə baxırıq”.
Prezident iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.
Ərdoğan Odessa limanına endirilən raket atəşlərinin təəssüf doğurduğunu, baş verə biləcək uğursuzluğun hamının əleyhinə olacağını vurğulayıb: “Onların atdıqları imzalara və üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalmaqlarını istəyirik”.
Türkiyə lideri Ukraynada ədalətli və daimi sülhə də nail olunacağına ümid etdiyini deyib.
Bundan əlavə, Ərdoğan İranda baş tutan Astana prosesi üzrə sammitdə terrorun əsas müzakirə mövzusu olduğunu xatırladaraq, Suriyanın terrorçu yuvasına çevrildiyini bildirib.
İsveç və Finlandiya məsələsinə toxunan Ərdoğan bu ölkələrin terrorçular məsələsində Türkiyədən güzəşt gözləməməsini məsləhət görb O qeyd edib ki, NATO-nun Madrid zirvəsindən, tərəflər arasında razılaşma əldə olunduqdan dərhal sonra hər iki ölkənin küçələrində terrorçular yürüşlərini davam etdirib.
Ərdoğan Madriddəki anlaşmanın sadəcə dəvət prosesi olduğunu xatırladaraq, İsveç və Finlandiyanın Türkiyə ilə mövqelərini yaxınlaşdırmaq yerinə uzaqlaşdıqlarını bildirib.
Türkiyə lideri, belə davam edəcəyi təqdirdə, Türkiyə parlamentinin sözügedən ölkələrin NATO-ya üzvlüyünə müsbət cavab verməyəcəyini də vurğulayıb.
Azbelediyye.az
Leave A Reply

Your email address will not be published.