Qarabağ Gecəsi xeyriyyə konsertinin iştirakçıları təltif olunub

0 14

Bakı. Trend:

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş
Fondu tərəfindən “Qarabağ Gecəsi” xeyriyyə konsertinin ərsəyə
gəlməsində dəstək olan iştirakçılar – Q.Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri, xalq artistləri Fəxrəddin Kərimov, Fərhad
Bədəlbəyli, əməkdar artistlər Aygün Mübariz, Arzu Əliyeva, Ceyla
Seyidova, Nərgiz Əliyeva, ifaçılar Günay İmamverdiyeva, Babək
Şuşalı, Cəlal Kərimov, tarzən Rövşən Qurbanov, aparıcılar,
Azərbaycan Dövlət Akademik Filarmoniyasının nümayəndəsi “Təşəkkür
Sertifikatı” ilə təltif olunub.

Xatırladaq ki, xeyriyyə konserti Qarabağ Dirçəliş Fondunun
təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət
Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un baş sponsorluğu,
“İTALDIZAYN” QSC-nin sponsorluğu və “Azərbaycan Televiziya və Radio
Verilişləri” QSC-nin informasiya dəstəyi ilə 26 iyun 2022-ci il
tarixində baş tutub.

Konsertin bədii hissəsindən sonra təşkil olunan rəsmi ziyafət
zamanı Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov,
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev,
millət vəkili, QDF-in Müşahidə Şurasının üzvü Fatma Yıldırım və
Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, QDF-in Müşahidə
Şurasının üzvü Fərhad Bədəlbəyli tərəfindən konsertin ərsəyə
gəlməsində həmrəylik nümayiş etdirərək dəstək olan donorlara Fondun
“Təşəkkür Sertifikatı” təqdim edilib.

Qeyd olunmalıdır ki, konsertdən əldə edilən vəsait işğaldan azad
olunan ərazilərin bərpası və yenidən qurulması istiqamətində həyata
keçirilən tədbirlərə yönəldiləcəkdir.

Fond tərəfindən Qarabağın diçəlişinə ianə cəlb edilməsi, bu sahədə
aktiv iştirakçılığın, habelə fərdlər arasında məsələyə məqsədyönlü
və şüurlu yanaşmanın təmin edilməsi üçün bir sıra tədbirlərlər
həyata keçirilir. İanə mədəniyyətinin təşviqi və iştirakçılığın
artırılması istiqamətində mədəni – kütləvi tədbirlərin təşkili də
xüsusi önəm daşıyır.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Leave A Reply

Your email address will not be published.