Bakı. Trend:
Türkiyə Rusiya, Azərbaycan və İranla təbii qazın tədarükü ilə
bağlı sazişləri uzatmaq niyyətindədir.
Trend-in
məlumatına görə, bu barədə Türkiyə Energetika Naziri Fatih Dönməz
deyib.
“Bizim əsas təchizatçılarımız Rusiya, Azərbaycan və İrandır.
Onlarla müqavilələri yeni müddətə uzatmaq niyyətindəyik. Enerji
daşıyıcılara ehtiyaclarımızı ödəməyə çalışırıq”.