Hazırda dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən birini yaşamaqdadır

0 9

Bakı. Trend:

Hazırda dünya tarixi özünün ən mürəkkəb və çətin mərhələlərindən
birini yaşamaqdadır. Bir tərəfdən Yaxın Şərqdən Şərqi Avropaya
qədər geniş bir coğrafiyada baş verən müharibələr, başqa bir
tərəfdən pandemiyalar və onların yartdığı fəsadlar qlobal
siyasi–iqtisadi böhranlara səbəb olmaqla insanların rifahına mənfi
təsir göstərir, yaşam şərtlərini çətinləşdirir, milyonlarla
insanları yurdundan edərək qlobal miqrasiya böhranı yaradır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət
Babaoğlu deyib.

O bildirib ki, elə siyasi keçmiş etibarilə ortaq olduğumuz
post-sovet məkanında baş verən hadisələr az qala hamının hamı ilə
bu və ya digər səviyyədə və formada müharibə apardığı bir vaxtda
Azərbaycan sabitlik və inkişaf adası kimi görünür.

“Yaşadığımız Cənubi Qafqaz regionunun geostrateji əhəmiyyəti və
yeni dünya nizamı paradiqmaları kontekstində Azərbaycanın əldə
etdiyi tarixi uğurlar sözün əsl mənasında bir möcüzə sayıla bilər.
Belə mürəkkəb hərbi-siyasi şərtlər içərisində cəmisi 44 gün davam
edən müharibədə tarixi zəfər əldə etmək özlüyündə mühüm tarixi
hadisədir. Ancaq buna paralel olaraq ərazimizin işğaldan azad
edilmiş 20 faizlik hissəsində durmadan quruculuq işləri həyata
keçirmək və böyük qayıdış prosesini başlatmaq da ayrıca bir tarixi
hadisədir. Heç şübhəsiz ki, bütün bunların arxasında üstün strateji
ağıl, siyasi qətiyyət, qərarlılıq və böyük uzaqgörənlik dayanır”, –
deyə deputat bildirib.

O qeyd edib ki, Azərbaycan illərdir bu nalliyyətlərə hədəflənmiş
düşünülmüş və ardıcıl siyasət həyata keçirərək indiki mərhələyə
çata bilib.

“Şübhəsiz ki, bu tarixi uğurlarımızın siyasi və iqtisadi
tərəfləri var və bunlar biri digərini tamamlayan vahid tamın iki
əsas komponentləridir. Güclü və müstəqil iqtisadiyyat yaratmadan
siyasi müstəqilliyi qorumaq olduqca çətindir. Ancaq qətiyyətli
siyasi iradə olmadan da müstəqil iqtisadiyyat qurmaq mümkün deyil.
Azərbaycan bunu etməyi bacarıb. Hazırda isə güclü sosial siyasətlə
dəstəlkənən hərbi-iqtisadi gücümüz daha da artmaqdadır.

Şübhəsiz ki, bunlar dərin strateji diplomatiya və uğurlu xarici
siyasətlə tamamlanır. Əks təqdirdə Azərbaycan yaratdığı yeni
reallıqları dünyaya qəbul etdirə bilməz və bu gün dünyanın enerrji
və hərbi-siyasi təhlükəsiziliyinin təmin edilməsində mühüm
aktorlardan birinə çevrilə bilməzdi. Bu gün ölkəmiz həm Avropa üçün
etibarlı və vacib tərəfdaş həm regionumuz üçün sülhü təmin edən
güclü dövlətdir. Bunlar milli maraqlarımızın bu günü və gələcəyi
üçün strateji əhəmiyyət daşıyır”, – deyə o bildirib.

Leave A Reply

Your email address will not be published.