7№-li məktəbdə “İngilis dili danışıq klubu” layihəsinin təqdimatı keçirilib-FOTOLAR

MDU və 7 nömrəli tam məktəbin birgə layihəsi“İngilis dili danışıq klubu”layihəsinin açılış məraismi olub

31 oktyarb 2023-cü il tarixdə  Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII Qrant müsabiqənin qalibi olmuş Mingəçevir şəhər R.Mirabov adına 7 saylı tam orta məktəbin direktoru Anar İsmayılovun və Mingəçevir Dövlət Universitetinin (MDU) birgə layihəsi “İngilis dili danışıq klubu” adlı layihənin təqdimatı keçirilib.

Təqdimatdan öncə məktəbin foyesində Mingəçevir şəhərinin qarşıdan gələn 75 illik yubleyi ilə əlaqədar olaraq düzənlənmiş şagirdlərin əl işlərindən ibarət olan sərgiyə başış keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad edilib. Dövlət himni səsləndirilib.

Daha sonra layihə rəhbəri Anar İsmayılov öz çıxışında layihə barədə məlumat verib. Qeyd edib ki, layihənin məqsədi Mingəçevir şəhər R. Mirabov adına 7 saylı tam orta məktəbdən seçilmiş şagirdlərimizi ingilis dili danışıq dərslərinə məhz ustadından, yerli və xarici mütəxəssisdən dərs almalarını təmin etməklə onlarda bu fənnə daha çox maraq aşılamaq, tam sərbəst ingilis dilində danışaraq arzuladığımız nəticəni əldə etməkdir.

Orta məktəb direktorlarının da iştirak etdiyi təqdimat mərasimində Mingəçevir təhsil sektorunun məsləhətçisi Qorxmaz Abbaszadə, MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev,layihə təlimçisi Şəfa Hümbətova çıxış ediblər.

   

Tədbirdə məktəbin şagirdləri şeir,rəqs və mahnı nümunələri ilə öz bacarıqlarını nümayiş etdiriblər.

   

 

Esmira Hidayətova,

Mingəçevir

Kanal32.az