“Palıd” Şirkətlər Qrupundan “Məşğulluq Strategiyası”na dəstək-FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli 1816 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Məşğulluq Strategiyası”nın həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər planını rəhbər tutaraq 18-19 dekabr tarixlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Sumqayıt Gənclər evinin və “Palıd” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə Sumqayıt I Karyera Sərgisi həyata keçirilib.

azbelediyye.az-ın məlumatına görə,sərgi Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov və Azərbaycan Respublikası Milli Məclisinin deputatları- İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Səhiyyə Komitəsinin üzvü İlham Məmmədov, Hicran Hüseynova, millət vəkili Ceyhun Məmmədov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşının iştirakı ilə açıq elan olunub.

Qonaqlar sərgilənən vakansiyalarla tanış olduqdan sonra həyata keçirilən təşəbbüsü yüksək qiymətləndiriblər. Bu formatda layihələrin mütəmadi həyata keçirilməsini tövsiyyə ediblər. Sərgidə 30 – a yaxın şirkət və dövlət müəssisəsi iştirak edib. Sərgidə şirkətlərin və müəssisələrin vakansiyaları nümayiş olunub. İştirakçılar özlərinə uyğun vakansiyalara müraciət ediblər. Layihə Sumqayıt vətəndaşları tərəfindən böyük maraqla qarşılanıb.

    

 

   

 

azbelediyye.az