Araşdırmaçı Jurnalist Agentliyi

Növbəti “CareerLAB” şəbəkəsi Gəncədə baş tutub-FOTO

0 76

 Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən paytaxt və regionda yaşayan gənclər üçün “CareerLAB” şəbəkəsi həyata keçirilir.

Kanal32.az-a verilən məlumata görə “CareerLAB” şəbəkəsinin budəfəki panel müzakirəsi 26 aprel 2024-cü il tarixində Gəncədə yerləşən təhsil müəssisələrində turizm sahəsi üzrə təhsil alan və bu sahəyə marağı olan gənclər üçün “Regionlarda ekoturizmin inkişafı və turizm sahəsində karyera perspektivləri” mövzusu üzrə təşkil olunub.

Azərbaycan Texnologiya Universitetində keçirilən tədbirdə ümumilikdə 120-dən çox gənc iştirak edib. Tədbirin açılış hissəsində GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Seymur Vəliyev və Layihələr üzrə mütəxəssisi Miraqil Cəfərov çıxış edərək, iştirakçı gənclərə tədbir haqqında ümumi məlumat veriblər.

Spikerlər qismində Gəncə Regional Turizm İdarəsinin rəisi Zaur Bayramov, Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzinin direktoru Şamo Salayev, Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının dosenti İrşad Abbasov və “Leon” hotelin Əməliyyatlar üzrə meneceri Emin Məmmədov çıxış ediblər. Daha sonra gənclərin sualları cavablandırılıb.

Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin tərəfdaşlarıdır.

Kanal32.az 

 

Leave A Reply

Your email address will not be published.