Araşdırmaçı Jurnalist Agentliyi

Professordan “Heydərabad” şəhərinin salınması ilə bağlı DİQQƏTÇƏKƏN AÇIQLAMA

46

Milli İnkişaf İctimai Birliyinin Təşəbbüs qrupu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya və Milli Məclisə Araz çayı boyunca, Füzuli Hava Limanı ətrafında Ulu öndərin şərəfinə çoxmilyonluq “Heydərabad” şəhərin salınmasına razılıq və tikintisinə sərəncam verilməsi xahişi ilə müraciət ünvanlayıb.

Xatırladaq ki, gələn il Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir və Cənab Prezidentin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev” ili elan olunub.

Azbelediyye.az Kanal32.az-a istinadən bildirir ki,Milli İnkişaf İctimai Birliyinin sədri, İqtisad elmləri üzrə fəlsəfə doktoru, professor Arzuman Muradlı mətbuata verdiyi açıqlamasında qeyd edib ki, “Heydərabad” şəhərinin tikintisinə Sərancamın verilməsi Ümummilli Liderin yubileyinə layiqli töhfə olar: “Eyni zamanda müraciətimizdə təklif vermişik ki, “Heydərabad” şəhərində Heydər Əliyevin irsinin öyrənilməsi üçün Elmi Tədqiqat İnstitutu, Heydər Əliyev Mərkəzi, mədəniyyət mərkəzləri, ali təhsil ocaqları, iri sənaye müəssisələri açılsın”.

A.Muradlı onu da vurğulayıb ki, dünyaya səs salacaq belə bir investisiya layihəsinin əlverişli coğrafi mövqeyi, zəngin təbiəti, münbit torpağı, təmiz havası olan Qarabağda həyata keçirilməsinin xüsusi əhəmiyyəti vardır.

Onun fikrincə, belə bir addım xalqımızın sevincini ikiqat artıracaq:

“Müasir, dünya şəhərsalma standartlarına uyğun salınacaq çoxmilyonluq “Heydərabad” şəhəri xalqımızın sevincini, Azərbaycan dövlətinin qüdrətini artıracaq, eyni zamanda şər qüvvələri əbədi susduracaq. Şəhərin mərkəzində hər bir hərfi bir bina (hündürlüyü təxminən 100 metr) olmaq şərtilə QARABAĞ AZƏRBAYCANDIR! kompleksinin tikilməsi də müraciətdə əks olunub. Kompleksdə diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatların ofisləri, biznes, idman, ticarət, istirahət mərkəzləri, otellər yer almasını da təklif etmişik. Bu kompleks “Heydərabad” şəhərinin döyünən ürəyi və simvoluna çevrilməlidir. Onu da deyim ki, təkliflər paketində “Heydərabad” şəhərinin azad iqtisadi zona olması nəzərdə tutulub. Bu isə şəhərin beynəlxalq əhəmiyyətini yüksəldəcək”.

A.Muradlı onu da vurğulayıb ki, müraciətdə “Heydərabad” şəhərinin Qarabağda tikilməsi ideyasının yaranma, adının verilməsi səbəbləri, ərazisi və tikintisi üçün şərait, şəhərin layihəsi, Baş planı. dizaynı, maliyyəsi və onun mənbələri, tarixi, siyasi, iqtisadi əhəmiyyəti, əhalinin məşğuliyyəti, beynəlxalq əhəmiyyətli şəhərə çevirmək, şəhərin tikintisinə maneçilik törədən daxili və xarici qüvvələr, idarə olunması və s. əsaslandırılan təkliflər əksini tapmaqla yanaşı Qarabağda “Heydərabad” şəhəri adlı Məlumat kitabçasında geniş dərc edilib.

/kanal32.az/

Leave A Reply

Your email address will not be published.