Araşdırmaçı Jurnalist Agentliyi

Uşaqların kiber mühitdə təhlükəsizliyi necə qorunur?-FOTOLAR

0 447

“Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi icra olunur.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Gənclər Mərkəzi İctimai Birliyi “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi həyata keçirir.

Kanal32.az-a verilən məlumata görə,layihənin fəaliyyət planı çərçivəsində Azərbaycan Kooperasiya Universitetin akt zalında 50 nəfər tələbə gənclərin iştirakı ilə tədbir keçirilib. Tədbiri Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov açaraq Universitetin ictimai əlaqələri, informasiya təhlükəsizliyinin təminatı və bu barədə görülən işlərdən danışıb.

Layihənin rəhbəri Kənan Qubadzadə isə tələbə gənclərə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Gənclər Mərkəzi İctimai Birliyi  haqqında, o cümlədən, “Uşaqların kiber mühitdə təhlükəsizliyi” adlı layihəsi barədə geniş məlumat verib. O, bildirib ki, layihə müasir dünyada sərhədsiz informasiya yayımının uşaqlara, yeniyetmələrə zərərli informasiyalardan və gənc ailələrin sağlamlığına və inkişafına ziyan vura bilən təhdidlərindən qorunmaq məqsədi daşıyır.

Tədbirdə layihənin eksperti Anar Sarıyev də çıxış edərək uşaqların, gənclərin kiber mühitdə təhlükəsizliyi, zərərli informasiyalardan qorunmağın yolları barədə geniş məlumat verib. Tədbirdə layihə çərçivəsində nəşr olunan kitabça iştirakçılara paylanıldı. Sonda tələbə-gənclərə göstərdiyi xidmətlərə, diqqət və qayğıya görə Kooperasiya Universitetinin mətbuat və ictimai işlər xidmətinin rəhbəri Tamerlan Əkbərov, informasiya və kommunikasiya texnologiyaları bölməsinin rəhbəri Seymur Ramazanov “Gənclərin Dostu” fəxri mükafatı, tədbirin fəal iştirakçılarına isə təşəkkürnamə təqdim edilib.

Kanal32.az 

Leave A Reply

Your email address will not be published.