Ana Vətən Partiyasının komandası birinci oldu-FOTOLAR

Aprelin 19 – da Bərdə rayonunda rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə mərhum Vaqif Süleymanov xatirəsinə təşkil olunan futbol turniri başa çatıb.

Ana Vətən Partiyasının Mətbuat xidmətindən azbelediyye.az-a verilən məlumata görə,16 komandanın iştrak etdiyi turnirdə finala çıxan Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının futbol komandası Bərdə rayon Asan Xidmət Komandasına 3:1 hesabı ilə qalib gələrək, turnirin qalibi adını qazanıb.

Bağlanış mərasimində çıxış edənlər xatirə turnirinin təşkilatçıların və Ana Vətən Partiyasının Bərdə rayon təşkilatının sədri Orxan Əhmədova göstərdiyi fəallığa görə təşəkkürlərini bildiririblər. Eyni zamanda qələbə münasibətilə  Anavətənçiləri təbrik edirərək, onlara gələcək  fəalliyyətlərində uğurlar arzu ediblər.