Qartal zirvəni belə FƏTH ETDİ

GƏRGİN KEÇƏN MÜBARİZƏDƏN SONRA nəhayət Türkiyə Superliqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

azbelediyye.az xəbər verir ki, bu, “Beşiktaş” olub. Komanda son – 42-ci turda “Göztəpə” ilə qarşılaşıb. İstanbul təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

“Qalatasaray” isə evdə “Malatyaspor”u məğlub edib – 3:1.

3-cü yerdə olan “Fənərbaxça” “Kayserispor”la heç-heçə etməklə bütün şanslarını əldən verib – 1:1.

Nəticədə turnir cədvəlindəki duruma əsasən, “Beşiktaş” və “Qalatasaray”ın 83 xalı, “Fənərbaxça” isə 80 xalı olub. Lakin mövsümlük qol nisbətinə görə “Qalatasaray”dan 1 top üstün olan “Beşiktaş” çempionluğu rəsmiləşdirib. Komandanın baş məşqçisi Sergen Yalçın isə “Göztəpə” ilə matçdan sonra gözyaşlarını saxlaya bilməyib.

“Kayserispor” – “Fənərbaxça” – 1:1
Qollar:
 Enriki, 18 – Valensiya, 90, pen.

“Qalatasaray” – “Yeni Malatyaspor” – 3:1
Qollar:
 Dərvişoğlu, 53, Babel, 60, Çağlayan, 90+3 – Buyuk, 39

“Göztepe” – “Beşiktaş” – 1:2
Qollar:
 Öztürk, 24 – Vida, 10, Qezzal, 69