Azərbaycanda baş redaktor yoxa çıxıb-VİDEO

Jurnalist İbrahimov Ərşad Misir oğlu Gəncə şəhərində naməlum şəxslər tərəfindən aparılıb. 

azbelediyye.az xəbər verir ki, dünyanınsəsi.az saytının Baş redaktoru,jurnalist Ərşad İbrahimova iyulun 28-i axşam saat 18-19 radələrində  Gəncə şəhərində zor tətbiq edilib. Sonra onu idmançı cüssəli, mülki geyimli şəxslər ağ rəngli “Toyota Camry” markalı  avtomobilə oturdaraq naməlum istiqamətə aparıblar. Hadisə şəhərin Şah İsmayıl prospekti 528 ünvanında (“Xanımın mağazası” deyilən ərazinin yaxınlığında) baş verib. Bu barədə məlumatı  jurnalistin qardaşı Taryel İbrahimova və yaxınlarına hadisə şahidləri verib.

Taryel İbrahimov onu da bildirib ki,bir neçə gündür ki, DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Gəncədə yaşayan qardaşım Ərşad İbrahimovu bu idarəyə çağırırdı.Bu çağrış şifahi olduğu üçün o getməkdən imtina etmişdi və yazılı bildiriş tələb etmişdi.

                      -Jurnalisitin aparılmamışdan bir qədər öncəki son videosu-saat 18:26

Yaxınlarının bildirdiyinə görə hadisə baş verən vaxtdan indiyə kimi Ərşad İbrahimovun telefonuna zəng çatmır. Baş vermiş olayla bağlı Daxili İşlər nazirliyinin 102 xidmətinə məlumat da verilib. Ancaq onun kimlər tərəfindən aparıldığı və harada saxlandığı haqda heç bir bilgi yoxdur. Kəpəz Rayon Polis Şöbəsindən deyirlər ki, araşdırma aparılır(?).

Qeyd edək ki,jurnalist Ərşad  İbrahimov son günlər vətəndaşların müraciətləri əsasında polis haqqında tənqidi materiallar dərc edib. Ona görə də onun aparılması bu yazıalarla bağlı ola bilər.

Hadisənin gedişini diqqətdə saxlayırıq.Yenilənən məlumatları təqdim edəcəyik.

azbelediyye.az