Araşdırmaçı Jurnalist Agentliyi

Mingəçevirdə üç qurumun təşkilatçılığı ilə maarifləndirici tədbir keçirib-FOTOLAR

0 100

Narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm mövzularında tədbir keçirilib.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının və şəhər Polis şöbəsinin təşkilatçılığı ilə 13 nömrəli tam orta məktəbdə narkomaniya ilə mübarizə, erkən nikah və onun fəsadları, dini ekstremizm və radikalizm mövzularında tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri Hikmət Kərimov, Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir təhsil sektorunun müdiri Sevinc Həsənova iştirak ediblər.

Tədbirdə narkomaniyanın fəsadları haqqında gənclərə ətraflı məlumat verilmiş, sağlam həyat tərzi keçirmələrinin əhəmiyyəti onlara izah edilib.

   

   

   

   

 

Esmira Hidayətova

Leave A Reply

Your email address will not be published.