Araşdırmaçı Jurnalist Agentliyi

Anar Burcəliyevin Heydər Əliyevə həsr olunan kitabı işıq üzü görüb-FOTO

0 162

Ulu öndərin xatirəsinə həsr olunmuş yeni kitab

Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamından irəli gələrək nəşr olunan teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyevin “Milli mədəniyyət tariximiz Heydər Əliyev ideyalarında” adlı yeni kitabı işıq üzü görüb..

Yeni nəşr Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində onun Azərbaycan mədəniyyətinə göstərmiş olduğu diqqət və qayğısından bəhs etməklə əziz xatirəsinə həsr olunur. Kitabın redaktorluğu Sailə Məhərrəmqızına, tərtibatı Zibər İsayevaya, üz qabığının tərtibatı isə Ariz Babayevə məxsusdur. Kitab “STAR” çap evində nəşr edilib.

Qeyd edək ki, yeni nəşr Nizami (Gəncə) Bələdiyyəsi, Kəpəz (Gəncə) Bələdiyyəsi və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin maliyyə dəstəyi ilə nəşr edilib.

Xatırladaq ki, teatrşünas-tənqidçi Anar Ərtoğrul Burcəliyev bundan öncə “Əsl el adamı”, “Səhnə həyat nurumdur”, “Azərbaycan kinosunun tarixi və inkişafı”, “Qoşa qanad”, “Məqalələrim, ressenziyalarım, oçerklərim və müsahibələrim”- I və II – cildlər, “Onun dünyası”, “Xalq şairi olmayan, xalqın şairi”, “44 günlük Zəfər tarixinin Gəncə şəhidləri”, “Qalib əsgərin hekayəti” və “Qalib əsgərin hekayəti – Göygöl rayonu” adlı kitabları ilə oxucularının görüşünə gəlib.

Kanal32.az

Leave A Reply

Your email address will not be published.