YAP Yevlax rayon təşkilatı şahmat turniri  keçirib-FOTOLAR

Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatı növbəti tədbirini keçirib.

azbelediyye.az-ın məlumatına görə,Yevlax şəhər Uşaq-Gənclər İdman-Şahmat məktəbində ümumrayon məktəbliləri arasında Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə Şahmat turniri təşkil edib. Əvvəlcə Yeni Azərbaycan Partiyasının və müasir Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yevlax Şəhər İcra Hakimiyyətinin, YAP Yevlax Rayon Təşkilatının, Təhsil şöbəsinin, Gənclər və İdman İdarəsinin əməkdaşlarının və məktəblilərin iştirak etdiyi tədbiri giriş söz ilə açan YAP Yevlax rayon təşkilatının əməkdaşı Tural İsmayılov 1992-ci il 21 noyabr tarixdə Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi zərurət olduğunu bildirərək, YAP-ın, eyni zamanda müasir Azərbaycanın qurucusu ümummili lider Heydər Əliyevin siyasi fəaliyyətindən və azərbaycançılıq ideologiyasından geniş bəhs etdi. Yeni Azərbaycan partiyası üzvlərinin hər zaman olduğu kimi bu gündə ümummili lider Heydər Əliyevin siyasi irsinə sadiq olduğunu diqqətə çatdıran YAP fəalı Partiyanın sədri, həmçinin Ölkə Prezidenti cənab İlham Əliyevin güclü iradəsi və Azərbaycan Ordusunun rəşadəti nəticəsində doğma torpaqlarımızın işğalına son qoyulmasından, bununla da tarixi ədalətin bərpa olunmasından danışıb,turnirdə iştirak edən idmançılara uğurlar arzu edib.

Tədbirdə çıxış edən Yevlax Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Hümbət Əhmədov ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaranmasından, dövlətimizin milli maraqlarına uyğun olan fəaliyyətindən və azərbaycanlıların dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ilə azərbaycançılıq məfkurəsi ətrafında sıx birəşməsindən danışıb.

Tədbirin sonunda beş turdan ibarət olan Şahmat turnirinin qaliblərinə – şəhər 9 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Ağayev Elçin Elşən oğlu 1-ci yeri tutduğuna görə, şəhər 8 №-li tam orta məktəbin 9-cu sinif şagirdi Musayev Amin İntiqam oğlu 2-ci yeri tutduğuna görə və şəhər 5 №-li tam orta məktəbin 5-ci sinif şagirdi Səfərli Kamal Əli oğlu 3-cü yeri tutuğuna görə YAP Yevlax rayon təşkilatının fəxri fərmanları və hədiyyələri təqdim olunub.

 

azbelediyye.az