Hərbi helikopterimiz qəzaya uğrayıb, xeyli sayda həlak olan var-SİYAHI

Dövlət Sərhəd Xidməti və Baş Prokurorluq birgə məlumat yayıb.

azbelediyye.az xəbər verir ki, məlumatda deyilir:

“Bu gün saat 10:40 radələrində Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb.

Qəza nəticəsində helikopterin heyəti arasında həlak olanlar və yaralananlar var.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun rəhbər heyəti hadisə yerindədir. Hadisə ilə əlaqədar birgə araşdırma tədbirləri həyata keçirilir”.

…Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə, baş vermiş qəza nəticəsində 14 zabit ŞƏHİD  olub, 2 nəfər yaralanıb. azbelediyye.az vertolyot qəzasında ŞƏHİD  olan hərbçilərimizin siyahısını təqdim edir:

1.Polkovnik Füzuli Cavadov
Polkovnik leytenant Emil Nəzirov
Kapitan Cavid Bayramlı
Mayor Elmir Həsənov
Mayor Emil Mayılov
Mayor Elbrus Əhmədov
Mayor Murad Məmmədov
Kapitan Xəyyam Əliyev
Baş leytenant Abdulla Süleymanov
Mayor Emil Əliyev
Leytenant Dərya Məclunov
İşçi Nəbiyev
Kapitan Ceyhun Əhmədxanov
Baş leytenant Fərid Nağıyev
Allah rəhmət eləsin!