“Adsız”ın nümayişi tamaşaçılarda duyğulu anlar yaşatdı-FOTOLAR
Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri “Adsız qadın” Mingəçevir Dövlət Dram Teatrının səhnəsində nümayiş olunub.
Mono-tamaşanın ifaçısı istedadlı və tərəqqi medallı aktrisa Afət Əliyevadır.
Qeyd edək ki,Aygün Həsənoğlunun müəllifi olduğu əsər teatrın baş rejissour Prezident Mükafatçısı Vüsal Mehrəliyevin quruluşunda səhnələşdirilib.
Mono-tamaşa geniş auditoriyaya tərəfindən həyəcanla izlənib və böyük rəğbətlə qarşılanıb. Eyni zamanda tamaşaçılara duyğulu anlar yaşadıb.
Esmira Hidayətova,
Kanal32.az