Bunu APA-ya açıqlamasında AMEA Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib.
O qeyd edib ki, bir neçə gündür ki, Kürün Türkiyə, Gürcüstan və Azərbaycan ərazisindən keçən hissələrində güclü yağışlar müşahidə olunur. Bu, Kür və digər çaylarda suyun səviyyəsinin müvəqqəti artmasına səbəb olur:
“Bu proses davam edərsə, arzuolunmaz nəticələrə səbəb ola bilər. Kürün keçdiyi bütün ərazilərdə daşqın təhlükəsi var. Amma hazırda suyun səviyyəsində ən çox artım Ağstafa-Qazax zonasında müşahidə olunur. Bu ərazilərdə Kür öz sahillərini daşdıra bilər.
- Səfərov əlavə edib ki, Kürün aşağı axarında – Salyan, Neftçalada suyun səviyyəsində artım var.