“Onlardan (Yunanıstan) niyə bu (Amerika) bazalarını yaratdığınızı soruşduqda, onlar belə cavab verirlər: “Rusiyaya qarşı”. Bəs siz Ukrayna üçün Rusiyaya qarşı nə etmisiniz? Onların sözləri yalanla doludur. Qərbə etibar etmək olmaz, xüsusən də onların siyasətinə gəldikdə”, – deyə Ərdoğan bildirib.
Eyni zamanda o, etiraf edib ki, Türkiyə elm və mədəniyyət sahəsində Qərb dövlətləri ilə qarşılıqlı əlaqədə ola bilər. “Lakin Qərbin siyasətinə etibar etmək olmaz. Onlar bu günə kimi bizimlə Aİ (Türkiyənin üzvlük məsələsində) ləngidirlər”, – deyə prezident əlavə edib.
azbelediyye.az