5 №-li tam orta məktəbdə məzunlarlarla yaddaqalan görüş keçirilib-FOTOLAR

Mingəçevir şəhər İ.Rüstəmov adına 5 №-li tam orta məktəb silsilə tədbirlər proqramı çərçivəsində şəhərin 75 illik yubleyi və “Zəfər Günü” ərəfəsində məktəbdə bir neçə tanınmış məzunları ilə maraqlı görüş keçirib.

Kanal32.az-ın məlumatına görə bu görüş digər görüşlərdən fərqlənib.Çünki burada kövrək,duyğusal anlar yaşanıb,xatırələr bölüşülüb.Bəli,bu Mingəçevir Tərəvəzçilik yaşayış massivində yerləşən qocaman 69 yaşlı məktəbin məzunları ilə görüşü idi. Uzun illərin həzin, kövrək xatirələri yada düşüb.

Tədbirdən öncə məktəbin direktoru Sevinc Talıbova gələn qonaqları qarşılayıb.Sonra məzunlar məktəbin foyesində düzənlənmiş şagirdlərin şəhərin 75 illik yubleyi ilə əlaqədar əl işlərinə baxış keçirilib. Ardınca tədbirin rəsmi hissəsi başlanılıb. Dövlət himni səslənib,şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin aparıcısı Ülviyyə Kərimova tədbirə qatılan məzunları təqdim edib. İqtisad üzrə fəlsəfə doktoru,Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Vaqif oğlu Bayramov, Məktəbin məzunu Qarabağ qazisi Tibb üzrə fəlsəfə doktoru. Avropa və Ukrayna uroloji cəmiyyətin üzvü. Onlarla elmi məqalə və monoqrafiya müəllifi Beynəlxalq konfransların məruzəci və iştirakçısı, həkim  Vaqif Hüseynov,məktəbin məzunu EL və Kanal S televiziyalarında yayımlanan “Zamanında “verilişinin aparıcısı və baş redaktoru. Azərbaycan Jurnalistlər Birliyinin və Beynəlxalq jurnalistlər Federasiyasının üzvü İnqilab Şirinli , vaxtı ilə bu məktəbdə təhsil alan,”Tərəqqi” medallı, Təhsil Nazirliyi tərəfindən bir sıra orden ve medallarla təltif olunmuş Biologiya müəllimi Rüstəmova Zenfira Tofiq qızı,Azərbaycan dili və Ədəbiyyat müəllimi, bir neçə kitabin müəllifi, hal hazırda təqaüddə olan Əliyev Akif Həsən oğlu,məzun, Baytarlıq idarəsinin rəisi Talıbov Talıb Tofiq oğlu,məzun, Mingəçevir şəhər icra hakimiyyətinin məsul əməkdaşı  Hüseynov Vəli Aslan oğlu ilə yanaşı onlara vaxtıilə dərs demiş müəllimlərdən Yavər Nəsirova və Səkinə Hüseynova da tədbirdə iştirak edib.

Həmçinin, tədbirə Mingəçevir Təhsil Sektorunun müdiri Sevinc Həsənova, məktəb direktorları,Mərkəzi Aran  Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov,sektor müdiri Kamal Nəcəfli də qatılıblar.

Tədbirdə məzunlar əvvəlcə arxiv şəkillərdən ibarət məktəb illəri adlı video çarxı izləyiblər.

Məzunlar çıxışlarında xatirələrini bölüşüb,bir anlıq keçmişə səfər etdilər. Tədbir boyunca şagirdlərin şən mahnıları,Uşaq Gənclər İnkişaf Mərkəzinin Sevinc rəqs qrupunun üzvüləri şux rəqsləri ilə qonaqlara unudulmaz anlar yaşadıblar.

 

 

 

   

   

   

   

Esmira Hidayərova,

Mingəçevir

5 №-li tam orta məktəbdə məzunlarlarla yaddaqalan görüş keçirilib-FOTOLAR
Comments (0)
Add Comment