“Abral Academy” ümumtəhsil məktəblərini bir araya gətirdi və…-FOTOLAR

“Abral Academy” və Dövlət  ümumtəhsil müəssisələrinin birgə müzakirə forumu baş tutub.
4 may 2024-cü il tarixində Mingəçevir Abral Akademiya Təhsil Mərkəzinin təşkilatçılığı ilə Dövlət Təhsil Müəssisələrinin rəhbərlərinin iştirak etdiyi 1- ci müzakirə forumu həyata keçirilib.
Azbelediyye.az “Kanal32“yə istinadla xəbər verir ki, forumda Mingəçevir Təhsil sektorunun məsul  əməkdaşı Pərviz Seyfullayev, Ağdaş təhsil sektorunun məsul əməkdaşı Vüqar Teymurov, Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqogika və Psixologiya kafedrasının baş müəllimi İlhamə İsmayılova, Mingəçevir şəhər Texniki və Humanitar fənlər liseyin (THL) in direktoru Nailə Məmmədova, Mingəçevir şəhər İnteqrasiya təlimli İnternat tipli Gimnaziyanın direktoru Pərvanə Tahirova, 10 nömrəli tam məktəbin direktoru Yeganə Kərimova, 18 nömrəli tam orta məktəbin direktoru Sevda Şükürova, 8 nömrəli tam məktəbin direktoru Aysel Xəlilova, Kəlbəcər rayon 35 nömrəli tam məktəbin direktoru Elşən Əzim 9 nömrəli məktəbin direktor müavini Nicat Musabəyli və media nümayəndələri iştirak edib.
Forumu giriş sözü ilə açan Akademiyanın rəhbəri Tural Abdurahimov forumun məqsədi və əhəmiyyəti haqqında məlumat verib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Abral Akademiya və dövlət təhsil müəssisələrinin əməkdaşlığını gücləndirmək və təhsil sahəsində qarşılıqlı faydalı tədbirlərin həyata keçirilməsini təmin etmək üçün əsas meyarlar haqqında danışan Tural Abdurahimov qarşılıqlı fayda və müəssisələrarası inteqrasiya yolları haqqında danışıb.
Abral Akademiyanın təhsil müəssisələri ilə əməkdaşlıq qurmaq üçün təklif etdiyi modelin təqdimatı keçirildikdən sonra, direktorların təklifləri dinlənildi. Təhsil müəssisələri üçün əsas prioritetlərin müəllimlərin və təhsilalanların inkişafı üçün lazımi resursların və metodologiyaların tətbiqi ilə təhsilin keyfiyyətini artırmaq üçün yenilikçi təkliflər edilib.
Təcrübə mübadiləsi və müxtəlif təhsil müəssisələrindən ən yaxşı təcrübələrin və nailiyyətlərin təqdimatı, ümumi problemlər və onların həlli yollarının müzakirəsi ilə davam edən forumda spesifik məsələlər üzrə işçi qruplarının formalaşdırılması, monitorinqlərin təşkilində Akademiyanın resurslarından istifadə, xarici dil biliklərinin artırılması üçün akademiya tərəfindən məktəblərdə danışıq klublarının təşkil edilməsi istiqamətində konkret hədəflər qarşıya qoyulub.
Forumda iştirak edən təhsil müəssisələrində yay məktəblərinin təşkil edilməsi məsələləri də müzakirə edilib. Akademiyanın rəhbəri  bütün təkliflərin forumda iştirak edən təhsil müəssisələri ilə aparılacağını vurğulayıb. Qısa və orta müddətli hədəflər müəyyənləşdirildikdən sonra yekun və növbəti addımların müzakirələri ilə forum yekunlaşdırılıb.
 
Esmira Hidayətova
Comments (0)
Add Comment