Azərbaycan təhsilində növbəti RƏZALƏT-17 ildən sonra…-VİDEO+FOTO

2005-ci ildə ölkədə ilk dəfə məktəbəqədər təhsil müəssisələrində “İnkluziv təhsil” pilot layihəsi olaraq tətbiq olunan layihənin iştirakçılarının 17 ildən sonra dərəcəsi 12-dən 5-ə endirildi. Texniki işçi səviyyəsinə düşən təhsilli mütəxəssislərə: “Əmək haqqınız indiyədək səhv hesablanıb” – deyildi.

Azbelediyye.az  azmedia.az-a istinadən xəbər verir ki, söhbət, ölkədə adı çəkilən pilot layihənin Mingəçevir şəhərində tətbiq olunduğu iki bağçadan biri olan 16 saylı Mingəçevir körpələr evi, uşaq bağçasının inkluziv layihədə illərdir ki, əmək sərf edən 7 əməkdaşın haqlı etirazından və başına gələn hadisədən gedir.

Ölkənin Birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2005-ci ildən tətbiqinə başlanılan “İnkluziv təhsil” layihəsində çalışmaq üçün cəlb olunan pedaqoq mütəxəssislər  16 saylı körpələr evi, uşaq bağçasına müvafiq qanunvericiliyə uyğun olaraq 7-ci dərəcə üzrə ali və orta texniki ixtisas yönlü diplomlara malik olub.

7 qrup üzrə autizmli, həmçinin danışıq, görmə qüsurlu və digər problemli körpələrlə çalışan bu mütəxəssislər 17-18 il ərzində başarılara imza ataraq müxtəlif peşəkar dərəcələr əldə etməyə müəssər olublar.

Daxil olan şikayət dolu müraciətdə qeyd olunur ki, bu günlərdə Aran Regional Təhsil İdarəsinin Mingəçevir Təhsil Sektorundan layihə iştirakçısı olan hər bir 7 əməkdaşın adına fərdi qaydada məktub daxil olib. Orada bildirilir ki, may ayından etibarən onların peşəkar əməkdaş olaraq dərəcəsi 12-dən bir başa 5-ə endirilir. Bu isə öz növbəsində onların qəfil peşəkar təhsil işçisi dərəcəsindən bir başa texniki işçi səviyyəsinə düşməsinin bir rəsmi göstəricisi olaraq hər bir əməkdaşın haqqlı narahatlığına əsas yaradır. Yəni onlar bu dərəcə ilə peşəkar təhsilli mütəxəssis deyil sıravi xadimə ilə eyni hüquqi statusa malik olmuş sıradan bir əməkdaşa çevrilir. Üstəlik aylıq əmək haqqlarının 100 manatından da çox hissəsindən məhrum olurlar.

“17 illik zəhmətimiz, uğurlarımız beləmi mükafatlandırıldı? Bu əmr hansı hüquqi bazaya söykənərək verilib? Necə olur ki,  7-ci dərəcə ilə işə qəbul olunsaq da 17 il sonra qeyri-qanuni şəkildə 5-ci dərəcəyə  endirilərək bu duruma salınırıq. Hüquqi, maddi və mənəvi problemlərimizə yol açan bu anlaşılmaz əmrin mahiyyəti mütləq araşdırılıb, barəmizdə çıxarılan əmrin əsassız olduğu təsdiqini tapmalıdır.”

Qeyd edək ki, əmək hüquqlarının pozulduğunu iddia edən 16 saylı “Aynur” körpələr evi uşaq bağçasının hüquqları pozulan əməkdaşları məsələ ilə bağlı Birinci vitse prezident Mehriban Əliyevaya, Təhsil Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət ünvanlamağa qərar verib.

Onu da qeyd edək ki,anoloji hal Mingəçevir şəhər 10 №-li “Qərənfil” körpələr evi-uşaq bağçasında yaşanır.

 

Azmedia.az

Azərbaycan təhsilində növbəti RƏZALƏT-17 ildən sonra...-VİDEO
Comments (0)
Add Comment