Azərbaycan Memarlıq və İnşaat Universitetində audit həyata keçirilib.
Azbelediyye.az xəbər verir ki,bu barədə modern.az-ın sorğusuna cavab olaraq Hesablama Palatasından məlumat verilib.
Qurumdan bildirilib ki, audit Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2025-ci ilin İş Planına əsasən aparılıb.
Lakin proses yalnız bir universitetlə məhdudlaşmayacaq. Əldə olunan məlumata görə, bu, ali təhsil müəssisələrində şəffaflığın yoxlanılması üçün başladılan genişmiqyaslı monitorinqin ilk addımıdır. AzMİU-dan sonra növbəti aylarda digər dövlət universitetlərində də maliyyə yoxlamalarının və dövlət vəsaitlərinin istifadəsi ilə bağlı auditlərin aparılması gözlənilir.
Ekspertlər hesab edir ki, bu audit dalğası universitetlərin büdcə xərcləmələrindəki boşluqları üzə çıxarmaq və maliyyə intizamını gücləndirmək məqsədi daşıyır.