Az.Milliyətçi Demokrat Partiyasının təbriki

Azərbaycan Milliyətçi Demokrat (Bozqurdlar) Partiyası “Doğum Günü” münasibətilə Türk Dünyası ilə əlaqələr üzrə Sədr müavin Firuddin Əhmədli və Sumqayıt şəhər təşkilatının sədri Ömər Məmmədlini təbrik etmişdir. Təbrikdə:

“Hörmətli partiya üzvləri! Əziz dostlar!

Az.Milliyətçi Demokrat (Bozqurdlar) Partiyasının iki üzvü Firudin  Əhmədlinin  və Sumqayıt  şəhər şöbəsinin  sədri  Ömər Məmmədlinin  dogum  günüdür. Dəyərli əqidə dostlarımız, “Dogum Günü” münasibətilə ən səmimi təbriklərimizi qəbul edin!

Partiya üzvləri peşəkarlığınıza, məsuliyyətinizə və dövlətçilik sədaqətinizə görə sizə hörmət edirlər. Sizin əzmkarlığınız, qətiyyətiniz, fəallığınız və təcrübəniz işinizdə yüksək nəticələr əldə etməyə imkan verir, bununla da həmkarlarınıza nümunə olursunuz.

Milli ideallara sadiqliyiniz, insanlarla işləmək bacarığınız, sarsılmayan əqidəniz, dürüstlüyünüz və peşəkarlığınız sizi haqlı olaraq partiyanın liderlərindən birinə çevirdi.

Anlayışınıza, çalışqanlığınıza, bəzən ekstremal şəraitdə işləmək bacarığınıza görə sizə minnətdarıq. Siz bizim ümumi işimizi həmişə layiqincə təmsil edirsiniz.

Bütün qəlbimizlə xoş əhval-ruhiyyə, saglıqlı həyat və davamlı nailiyyətlər arzulayırıq! Uğurlar bütün təşəbbüslərinizi müşayiət etsin və ətrafınızda hər zaman  həqiqi dostlar və həmfikirlər olsun! Sizə və yaxınlarınıza xoşbəxtlik və firavanlıq nəsib olsun. Sizə tükənməz enerji, bütün planlarınızın həyata keçməsini, yeni nailiyyətlər və qələbələr arzulayırıq!

Hörmətli həmfikirlilər, əqidaşlar, biz Azərbaycan dövlətçiliyi və Türk Birliyi – Turannın şöhrəti üçün çalışan bir komandayıq! Peşəkar və şəxsi keyfiyyətləriniz ümumi ideyalarımızın tərəqqisinə və qloballaşan dünyada milli varlığa təhdidlərin qarşısını alınmasında töhfə verməkdə davam etsin” deyilir.

 

Azərbaycan Milliyətçi Demokrat Partiyası Mətbuat xidməti

 

Comments (0)
Add Comment