Bu gün Azərbaycanda 2021/2022-ci tədris ili başa çatır və bütün ümumtəhsil məktəblərində “Son zəng” çalınacaq.
“Son zəng” təhsil müəssisələrinin həyətlərində, idman və ya akt zallarında təşkil olunacaq.
Tədbirdə valideyn komitələri, valideyn-müəllim birlikləri, ictimaiyyət nümayəndələri iştirak edə bilərlər.
Şagirdlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görüləcək.
azbelediyye.az