Bu QHT Mingəçevirdə yeni layihənin icrasına başladı

Mingəçevirdə daha bir yeni layihəyə start verilib.

azbelediyye.az-a verilən məlumata görə, Ailə və Uşaqların Sosial Problemlərinin Həllinə Dəstək İctimai Birliyi “Sağlamlıq imkanları məhdud olan uşaqların sosial reabilitasiyası məsələləri və valideynlərin maarifləndirilməsi” layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində tərəfdaş qismində Mərkəzi Aran Regional Təhsil İdarəsi, Mingəçevir Təhsil Sektoru, uşaq bağçaları və Mingəçevir şəhər Bələdiyyəsi iştirak edəcək.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir və icra müddəti 3 aydır (30 sentyabr 2023-cü il tarixdə başa çatır).

Comments (0)
Add Comment