Demoqoqiyanın qurbanına çevirilən həqiqətlər…

Demoqoqiyanın qurbanına çevirilən həqiqətlər…

Hazırda Azərbaycan cəmiyyətində mənəvi aşınma və deqradasiya halları xüsusi diqqət çəkir. Əlsində bu ciddi siqnalıdır və prosesin sürətlənməsi mənəvi-psixoloji baxımdan həlli çətinləşən problemlərə yol açır. Xüsusən, son dövlərdə həyatımızın ayrılmaz hissəsinə çevirilən sosial media cəmiyyətin emosiyalarını daha asan idarə edir. Belə olan halda sapmalar qaçılmazdır və ilk baxışda sadə görününlər  hər an durumu gərginləşdirmək gücündədir. Deməli, mövcud tendensiya toplum olaraq bizi dərindən düşündürməlidir. Hətta, vəziyyət o həddə çatıb ki, miqyası, əhəmiyyəti böyük olan fəaliyyətlər xırda nüanslara görə ya arxa plan keçir, ya da oynadılan informasiyanın kölgəsində qalır. Bu məsələyə toxunmağım təsadüfü deyil. Çünki bu günlərdə, konkret desəm dekabrın 30-da cənab Prezidentin tapşırığına uyğun olaraq Mingəçevir Şəhər İcra Hakimiyyətinin reallaşdırdığı təqdirəlayiq addım(İcra başçısı İlham İsmayılov tərəfindən şəhid Rzayev Əli Nəsib oğlunun anası Kamilə  Rzayevaya M.Rəsulzadə küçəsi 6/102 üvanında tam təmirli, zəruri avadanlıqlarla təchiz edilən, istilik sistemi quralşdırılan iki otaqlı mənzilin verilməsi) qaldı kənarda,kiçik bir detalın ətrafında tam başqa müzakirələr aparıldı. Burada başqa bir problemimiz də ortaya çıxıdı:Bizim toplum olaraq müzakirə mədəniyyətimizin aşağı səviyyədə olaması və məsələlərə qərəzsiz münasibət bildirmə imkanlarımızın məhdudluğu.

Bəli, bü gün Azərbaycanda Ana Qanunumuzla bizə verilən söz və fikir azadlığı var. Bunu kimsə əlimizdən ala bilməz. Ancaq heç kim fikir və söz azadlığının verdiyi imkanlardan istifadə edib cəmiyyəti qıcıqlandıran, milli dəyərlərimizə zidd olan, insanlar arasında narazılıq yaradan informasiyaları tirajlamamalıdır. Bu həm də ona görə edilməməlidir ki, həlli vacib problemlər diqqətədən kənarda qalır, ictimaiyyət xırda məsələlərlə məşğul edilir. Demaqogiya ilə söz azdlığını dəyişik salanlar insanları yanılış istiqamətə yönləndirirlər. Ona görə də söz və məlumat azadlığından qanunların imkan verdiyi dərəcədə istifadə edilməlidir.

Görünən odur ki, söz azadlığından sui-istifadə cəmiyyətimizdə deqradasiya prosesini sürətləndirir və bizi daha dərin və taleyüklü problemlərə diqqət yönəltməkdən uzaqlaşdırır. Bu da nəticə etibarı ilə nə dövlətə, nə də ictimaiyyətə fayda vermir.

P.S. Unutmayın, Mingəçevir Azərbaycanın ən gözəl, ən təmiz, ən sakit, ən hüzurlu şəhəridir. Gəlin, onun qorunması, inkişafı, tanıdılması üçün var gücümüzlə birlikdə çalışaq.

İnqilab Şirinli,

Beynəlxalq Jurnalistlər Federasiyasının üzvü,politoloq

 

Comments (0)
Add Comment