“Eko-TES” İB-nin “Su israfçılığı ilə mübarizə” layihəsi çərçivəsində ilk verilişi yayımlanıb-VİDEO+FOTO

“Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsini uğurla davam etdirir.

İctimai birlikdən Azbelediyye.az-a verilən məlumata görə,İnqilab Şirinlinin təqdimatında EL və Kanal S televiziyalarında yayımlanan “Zamanında” verilişində “Dünyada içməli su ehtiyatlarının azalma tendensiyası və Azərbaycanda mövcud vəziyyət” mövzusunda müzakirə aparılıb. Layihə çərçivəsində ərsəyə gələn 1-ci verilişdə ekspert qismində ATU-nun dosneti,Ekologiya üzrə fəlsəfə doktoru İrşad Abbasov, Mingəçevir Dövlət Universitetinin Fizika və Ekologiya kafedrasının müəllimi Gülmirə Məmmədova və “Eko-TES”İctimai Birliyinin sədri Çingiz Nəzərov çıxış edib.

Verilişdə mövzudan irəli gələn bir sıra önəmli məqamlar ətrafında müzakirələr aparılıb, eyni zamanda şirin su ehtiyyatlarının sürətlə azalmasının Azərbaycan üçün yarada biləcəyi təhlükələrdən danışılıb. Həmçinin,vurğulanıb ki,Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatı olan ölkədir. Bu isə qlobal ekoloji problemlər fonunda bizi ciddi şəkildə qayğılandırmalıdır. Sudan istifadə mədəniyyətimizin aşağı səviyyədə olduğu bir vaxtda isə çıxış yollarının tapılması istiqamətində müvafiq qurumlar və mütəxəssislər bir araya gəlməli və problemin həlli iüçün akademik yanaşmalar ortaya qoymalıdırlar.

Bu televiziya verilişi “Eko-TES” Ekolji Tədqiqatlar və Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Su israfçılığı ilə mübarizə” layihəsi çərçivəsində hazırlanmışdır.Və verilişdə əks olunan fikir və mülahizələr müəllifə aiddir.

Azbelediyye.az verilişin tam versiyasını təqdim edir:

Qeyd edək ki,“Eko-TES”İctimai Birliyinin “Su israfçılığı ilə mübarizə” layihəsi çərçivsəində daha iki maraqlı veriliş təqdim olunacaq.

Azbelediyye.az

Comments (0)
Add Comment