Ermənilər rus sülhməramlılarını Laçında niyə atəşə tutdular?

Ermənilərin növbəti sirk-şousu davam edir.

Ukraynaya gedən rus sülhməramlıları Laçında atəşə tutulub, ölən var. Bu barədə erməni mediası məlumat yayıb. Ermənilərin Lragir.am saytının yazdığına görə, Laçın keçidindən keçməklə sülhməramlı missiyanın bir kalonu Ukraynaya səfər etməliydi: “Lakin ermənilər sülhməramlı missiyanın Qarabağdan getməsinin qarşısını almaq üçün bu təxribata əl atıb”.  İyunun 12-də axşam saatlarında Laçın keçidindən keçərək getmək istəyən sülhməramlılar atəşə tutulub. Cavab atəşi ilə bir silahlı zərərsizləşdirilib. Dərhal hərəkətə keçən Qarabağdakı sülhməramlılarının komandanlığı atəş açanların erməni silahlı dəstənin üzvləri olduğunu aydınlaşdırıb və atəş açan 4 erməni həbs  edilib.

Bu açıq-aydın ermənilərin növbəti “sirk” tamaşasıdır ki, “rus ayısının” səhnədən (Qarabağdan) getməsini istəmirlər, “rus ayısı” səhnədən gedərsə, tamaşaçılar (Qarabağ erməniləri) ayıdan qabaq qaçacaqlar. Tarixən belə olub, 1915-ci ildə Türkiyədə etdikləri qələtləri gözəl anlayaraq geri çəkilən rus əsgərlərindən qabaq “dabanlarına tüpürərək” Qafqazlara qaçmışlar.

azbelediyye.az

Comments (0)
Add Comment