Fərdi üslub, milli dəyərlər və ya estetik-tematik qatlar-FOTO

  Altay  Məmmədov – 95

Bu  gün  oxucularımızla  dramaturq,  nasir,  ədəbiyyatşünas  və  tərcüməçi, Azərbaycan  Respublikasının  Əməkdar  mədəniyyət  işçisi  Altay  Məmmədovun yaradıcılığı,  xüsusilə  onun  dramaturgiyası  haqqında  ətraflı  danışmaq  istəyirəm.

Qeyd etməliyəm ki, Altay Məmmədov yaşadığı mühitin qanunlarına üstüörtülü  ironiyaları  ilə  yanaşmaqla  hekayələri,  oçerqləri,  məqalələri  və  dram əsərləri  ilə  diqqət  mərkəzində  olmağı hər zaman bacarıb.  Qələmə  aldığı  hər  bir  əsər  Altay  Məmmədov dühasından  süzülərək  sovet  idarə  sisteminin  dəmir  mançanağını,  onun  puç  bir idarə  sisteminin  ifşası  demək  idi.  Belə  olmasa  idi  nə  “Həmyerlilər”,  nə  “Kişilər”,  nə  də  ki, “Dəli  Domrul”  yaranmazdı.

Əslində  Altay  Məmmədovun  nəsrinə  bələd  olmadan  onun  dramaturgiyasını duymaq və ona şərh vermək də çətindir. Altay Məmmədov dramaturgiyası  teatrın  tələblərini  dərindən  duyan,  səhnə  effektlərinə  deyil,  aktyor  ifasına  güvənərək  hər  bir  personajın  isti  münasibətindən  doğan  rejissor traktofkası  ilə  eynilik  təşkil  edən  həyat  həqiqətləridir.

Qeyd  etmək  lazımdır  ki,  müəllifin  zəngin  həyati  müşahidələri  əsasında yazdığı  “Həmyerlilər”  pyesi  öz  janrına  görə,  vəziyyətlər  komediyasına  daha çox  yaxındır.  İctimai  təminat  idarəsinin  müdiri  Balvaz  Balvazovun  yerliçilik  xəstəliyinə  məruz  qalaraq  düşdüyü  gülünc  vəziyyət,  baş mühasib  Gümüş  Gümüşovun “ölü  canların”  hesabına yaşaması  və  yaxud  da  onlarla  “pəncələşməsi”,  yelbeyin  və  yüngülxasiyyət  Zərrinin  nazir  müavini  axtarmaq sərgüzəşti  komik  ünsürlərlə  zəngindir  və  əsərin  daha  çox  vəziyyətlər  komediyası  şəklində  meydana  çıxmasına  kömək  edir.

1964-cü ildən sonra yeni və cəsarətli söz demək imkanın get-gedə məhdudlaşdığı  bir  dövrdə,  müəllifin  1966-cı  ildə  qələmə  aldığı  “Yadındamı?” lirik-psixoloji   pyesi  də  ictimaiyyət  tərəfindən  böyük  maraqla  qarşılandı. 1937-ci  il  represiya  qurbanlarının  acı  taleyi,   bu   qəbildən   olan   ailələrin   sanki   fırtınalı   bir   dənizə   düşmüş   həyatı  pyesin  əsas   personajı  olan   yüksək   mənəviyyatlı   Zaurun   timsalında   göstərilir.

Qeyd etmək lazımdır ki, Altay Məmmədovun “Yadındamı?” pyesi lirik‑psixoloji   dram   janrındadır  və  postsovet  dönəminin  repressiya  illərinin insan  taleyinə  vurduğu  ağır  zərbələrindən  hesab  edilən  şəxsiyyətin  məhv edilməsi   xüsusilə  bu  aspektə  yaddaş  və  vicdan  kimi  mövzuları  özündə  tərənnüm  edir.  Müəllif   bu   pyesində   əsasən   süjet   xəttini   yaddaşın,   keçmişlə  üzləşmə,  vicdan   və   insanlıq   borcu   məsələləri   ətrafında   maraqlı   detallar   ilə  qurulmasına  nail   ola   bilmişdir.  Həmçinin   müəllif   tərəfindən   seçilən   pyesin  adı olaraq  “Yadındamı?” sualı “sən hələ də xatırlayırsan?” mənasında həm xarakterlərin  özünün  yadına  düşməsi,  həm  də  ümumi  ictimai  yaddaş  üçün  sanki bir çağırış olaraq səslənməkdədir. Əsərdə  Zaurun  ailəsinə, dostlarına, repressiya  zamanı  həyatda  itirdiklərinə  dair  xatirələr,  duyğusal  anekdotlar, psixoloji  vəziyyətlərlə  ön  planda  göstərilib.  Pyes  boyu  hadisələrin  gedişatı zamanı  Zaur  daxili  monoloqları,  keçmişin  görüntüləri,  hisslərlə  qarışmış dialoqlar  vasitəsilə  özünü  yenidən  keşf  etməyə  çalışır. Müəllif  pyesdə  hadisələrin  inkişafı  zamanı  həmçinin  konfliktin   xarakter  baxımından  daxili  psixoloji  və  xarici  ictimai  vəziyyətlərinə  uyğun  olaraq  daha  dəqiq  ştrixlərlə  təqdim  edilməsinə  müəvvəq ola bilmişdir.  Altay  Məmmədov  “Yadındamı?”nın  başlıca  tematik  və  ideya  qatlarını  açıb  göstərməklə  repressiya  və  yaddaş  olaraq “keçmişin  acıları  susdurula  bilməz”  kimi  xatirələrin  insanı  formalaşdıran  mühüm  komponentləri  olaraq  həm  şəxsi,  həm  də  kollektiv  olmaqla  repressiya dönəmində  formalaşdırılan  yaddaşların  sındırılmağa,  unudulmağa  məruz  qalması ilə  yanaşı  “yadındamı?”  sualı  ilə  bu  unudulmanın  qarşısını  almaqla  məqamını göstərməyə   çalışmışdır.  Şəxsiyyətin  əzilişi  və  dirçəlişi  olaraq  insan  yalnız  fiziki baxımdan  deyil,  mənəvi‑ruhani  baxımdan  da  zərər  görə  bilər.  Bu  baxımdan əsər  Zaurun  travmaları  vasitəsilə  bu  əzilişin  təsirini  göstərir,  eyni  zamanda onun  daxili  dirçəlişi,  vicdanın  səsi,  ümidin  işığı  kimi  təqdim  edilir.

Müəllif  həmçinin  azğınlaşmış güc strukturlarının şəxsi həyatı, insan mənəviyyatını   nə   qədər   sındıra  biləcəyini,  amma  vicdanın  və  insanlıq  borcunun  nə  qədər  güclü  olduğunu, duyğuların  nə  qədər  müqavimət  göstərə biləcəyini   nümayiş   etdirməyə   müvəffəq   ola  bilmişdir.  Pyesdə  həmçinin  müəllif  dilinin  poetikliyi  yaddaş,  sükut,  xatirə  kimi  estetik  elementlərin  vurğulanması  ilə   əsəri   yalnız   dramatik   deyil,  həm  də  poetik  dəyəri  olan  səhnə  nümunəsinə çevirə bilmişdir. Ümumiyyətlə Altay Məmmədovun “Yadındamı?”  pyesi  Azərbaycan   dramaturgiyasında  yaddaş,  şəxsiyyət,  vicdan  və  repressiya  kimi  fundamental  mövzularda  maraqla  qarşılanan  lirik‑psixoloji  gücə  malik  bir  əsər hesab  edilir.

Müəllifin  Mirzə  Fətəli Axundzadənin “Aldanmış kəvakib”  pyesinin motivləri  əsasında  1974-cü  ildə  qələmə  aldığı  “Ulduzlar  görüşəndə”  qəhrəmanlıq  komediyası  da dövrünün  maraqlı  səhnə  əsərlərindən  biri  hesab  edilir.  Bu  illərdə  keçmiş  postsovet  məkanının  tüğyan  etdiyi  Brejnev  hakimiyyətinin   lap   mənəm-mənəm dediyi  vaxtda  səhnədən  deyilən  “Məmləkətdə  ən  böyük  soyğunçu,  quldurbaşı  elə  qibleyi-aləmin  özüdür” cümləsinin  qeyri  adi  bir  vəclə,  bir  uğultu  ilə  qarşılanması   tamaşaçıların   hər  bir   anı  böyük   incəliklə   anladıqlarının   göstəricisi  kimi   qəbul   edilirdi.

Qeyd etmək lazımdır ki, Altay Məmmədovun qələmə almış olduğu  “Aldanmış  kəvakib”  povestinin  motivlərinə  əsaslanan  “Ulduzlar  görüşəndə” pyesi  Azərbaycan  dramaturgiyasında  ictimai‑sosial  yönümlü,  həm  tarixi,  həm ideoloji  qatları  olan  ən  maraqlı  əsərlərdən  biri  hesab  edilir.  Xüsusi  olaraq  qeyd  etmək lazımdır  ki,  pyesin  dramaturji‑ideoloji  istiqaməti  Sovet  dövrünün  ictimai‑siyasi  reallıqları  ilə  də  rezonans  təşkil  edir. Müəllif  “Aldanmış  kəvakib”in  ritmik  və  mifoloji  konseptlərini  götürərək  “ulduzların  aldadılması”,  “status  dəyişikliyi”  kimi  status  ritualını  sosial  və  siyasi  kontekstdə  maraqlı  detallar,  ştrixlər  vasitəsilə  təqdim  etməyə  müvəffəq  olmuşdur.  Pyesin  ana  xətti  olaraq  gənc bir  liderin  (məsələn, Yusif  Sərrac  kimi)  hakimiyyətə  müvəqqəti  gətirilməsi, onun  islahatlarının, yeniliklərinin  xalq  tərəfindən  bəyənilməməsi  və  ya   yanlış  anlaşılması  həmçinin  köhnə  qüvvələrin  bu  yenilikçi  gücə  qarşı  çıxması   cərəyan  edən   hadisələr  fonunda  statusda  dəyişiklik,  köhnə  rejimlə  yeni   islahatlar  arasındakı   qarşıdurma  əsas  konflikt  xətti  olaraq  göstərilməkdədir.

Müəllif  tərəfindən  qələmə  alınan  “Ulduzlar  görüşəndə”  pyesi  ictimai‑sosial  dram  janrında  yazıldığından  onun  dili  daha  çox  realist,  siyasi  və ideoloji  nüanslarla  zəngindir.  Eyni  zamanda  povestdən  götürülmüş  poetik  və ritmik  konseptlər,  simvollar  istifadə  olunur  ki,  bu  da  dramatik  və  epik  qatı daha  yüksək  səviyyədə  yarada  bilir.

Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki, pyes  dramaturji  strukturu baxımından  ideal  forma,  konflikt  və  ritorik  dialoqlarla  zəngin  səhnələrə malikdir.   Məhz   “Aldanmış   kəvakib”in   ritual  və  metaforik  qatlarından  istifadəsi (məclis səhnələri, status dəyişməsi mərasimləri, hətta “ulduzların görüşü”  kimi  simvolik  baxışlar)  əsərin  poetik‑ritmikliyini  artırmaqla  maraqla  izlənilir.

Məhz  Altay  Məmmədovun  qələmə  aldığı  “Ulduzlar  görüşəndə”  pyesi teatr  estetikası  baxımından  dramatik  güc,  simvolik  atmosferə  malik  olması, obrazlı şəkildə istifadə və səhnə imkanlarının yaradılması baxımından zəngin material  olaraq  maraqla  qarşılanır.

Altay  Məmmədovun  1980-ci illərdə qələmə aldığı maraqlı səhnə əsərlərindən  biri  də  “Dədə  Qorqud”  dastanının  motivləri  əsasında  yazmış  olduğu  “Dəli Domrul”  qəhrəmanlıq  komediyasıdır.  Əsasən  həyatla  Domrul  və ölüm  Əzrayıl  arasındakı  dialoq  əsasında  yazılmış  bu  əsərində  ictimai  yükü  və zamana  baxışı  ağırdır.  Həyatı  bəzəmək,  əminamanlıq  içərisində  yaşamaq  eşqi ilə  ürəyi  döyünən  Domrulun  şər  qüvvə  olan  Əzrayıl  tərəfindən  ram  edilməsi, hər  an  onun  arzularının  puç  olmasına  çalışması  zaman  və  məkan  baxımından insan  ömrünün  nə  qədər  az,  əlçatmaz  olduğunu  diqtə  edir.

“Dəli  Domrul”  Altay  Məmmədovun  “Kitabi‑Dədə Qorqud”  dastanının “Duxa  Qoca  oğlu  Dəli  Domrulun  boyu” motivlərindən  götürdüyü  eyniadlı pyesdir.  Müəllif   bu  dastan  hissəsini  götürərək,  onu  dramaturji  forma  ilə  yenidən  işləyərək  genişləndirmişdir.  Bu  əsər  xüsusilə  milli-mənəvi  dəyərlər,  qəhrəmanlıq idealları, keçmişlə müasirlik arasında əlaqə kimi mövzuları üzə çıxararaq   Azərbaycan   dramaturgiyasında   mühüm  yer  tutur.

Müəllifin   pyesdə  təqdim  etdiyi  şərhində  körpü  motivi  xüsusi  olaraq diqqəti  cəlb  edir.  Dastanda  Dəli  Domrulun  tikdirdiyi  körpü  sadəcə  fiziki  qurğu deyil, keçid simvoludur. Belə ki, köçərilərdən, savaşlardan sıyrılıb, dinc, oturaq həyata, qurub‑yaradan  mühitə  doğru  yönəlişi  özündə  əks  etdirir.  Qeyd  etmək  lazımdır  ki,  “Dəli  Domrul”  pyesində  dastandan  irəli  gələn  ifadələrə,  bayatı,  şeir   parçalarına,  xalq  dilinin  ifadə  tərzinə  çox  geniş  şəkildə  rast  gəlinir.  Belə ki, mətnin  dili  xalqın  şifahi  ədəbiyyatına  yaxın  olması  epik‑dastan  ahəngliyini  qoruya  bilir.

“Dəli  Domrul”   tamaşaçılara   milli   ədəbiyyat   ənənəsi   ilə   modern  düşüncə  tərzi  arasında  körpü  rolunu  göstərməklə  keçmişin  yalnız  nostalji  elementləri  kimi  deyil,  hər   zaman   müasir   dəyərlərlə   dialoqda  olmasının   vacib   olduğunu  bütün  detalları  ilə  sübut  edə  bilir.  Bununla  da  müəllif   estetik   və   dramatik   təcrübəyə  əsaslanaraq  obrazların  psixoloji  mürəkkəbliyi, epik‑dramaturji  zənginliyi  ilə  tamaşaçının  duyğu  və  düşüncə  dünyasını   stimullaşdırır.  “Dəli Domrul”  pyesi  Altay  Məmmədovun  dramaturgiyasının  ən  önəmli  və  uğurlu  nümunələrdəndir.  Dastan  materialını  götürərək,  onu  yalnız  folklor   restavrasiyası   kimi  deyil,  müasir  teatrın  dili  ilə,  obrazların  psixologiyası,  fikir  və  simvolizm  qatları  ilə   zənginləşdirilmiş  bir  əsər  kimi  təqdim  etməyə  müvəffəq  ola  bilmişdir.

Altay  Məmmədov  dramaturgiyasının  əsas  xüsusiyyət  və  üstünlükləri   həyat həqiqətlərinin ictimai mövzularda dürüst yanaşma tərzi ilə formalaşma mahiyyətinin  xüsusi  elementləri  ilə  seçilməsində  idi.  Hər  zaman  onun  dram əsərlərində  jurnalistik  və  publisistik  motivlər,  sosial  problemlər,  fərd  və cəmiyyət   arasında  əlaqələr  diqqət  mərkəzində  olmağı  bacarırdı.  O,  satirik‑komik   üslubda  qələmə  aldığı   bəzi   pyeslərində,   xüsusilə  “Həmyerlilər”,  “Kişilər”  və  “Dəli  Domrul”   kimi  əsərlərində,  sosial  səhvləri  yumor  və  satira  vasitəsilə göstərirdi. Məhz  onun  dramaturgiyasında  milli  motivlər,  folklor  təsirləri    xüsusilə  “Dəli Domrul”  dramında  dastan  motivlərindən  istifadə  etməklə folklorun  dramaturgiyaya  gətirilməsi  yaradıcılığında  diqqəti  cəlb  edən  əsas  məqamlardan  hesab  edilir.  Həmçinin  Altay  Məmmədov  yaradıcılığının  əsas  xüsusiyyətlərindən  biri  də  məhz  aktyor  ifasına  yönələn  dramaturji  xəttin  inkişaf etməsilə  səciyyələndirilməsindədir.  Onun  pyesləri  səhnə  effektlərindən  çox,  personajların  daxili  aləmi,  rolların  quruluşu  və  aktyor  ifasının  gücü  üzərində  qurulur.  Səhnədə  obrazlarla  dialoq,  psixoloji  yönüm  ön  planında  daha  qabarıq  forma  və  üslüblarda  maraqla  izlənilir.  Maraqlı  cəhət  burasındadır  ki,  məhz  Altay  Məmmədov  dramaturgiyasında  tarixi  yaddaş,  milli  kimlik  və  etnoqenez mövzular  daha  böyük  məfkurəçilik  aspektində  işlənilir.  Azərbaycan  xalqının tarixi, etnoqrafik kökləri, milli kimlik məsələləri onun dramaturgiya və tədqiqatlarında  hər  zaman   mühüm  yer  tutur.

Anar  Ərtoğrul  Burcəliyev,

Teatrşünas-tənqidçi

/kanal32.az/

Comments (0)
Add Comment