Fransada yanğınlar nəticəsində 47 min hektardan çox meşə sahəsi məhv olub

Fransada yanğınlar nəticəsində 47 min hektardan çox meşə sahəsi məhv olub.

“Report” xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.

Məlumata görə, ilin əvvəlindən avqusta qədər 47 min 286 hektar yaşıllıq sahəsi yanıb ki, bu da Parisdən 4 dəfədən çox böyük əraziyə uyğun gəlir.

Yanğınlarda ölən olmayıb.

22 il ərzində Fransada ən çox meşə sahəsi 2019-cu ildə zərər çəkib ki, bu da 43 min 602 hektar təşkil edir.

Senatın açıqladığı hesabata görə, 2050-ci ilə qədər ölkənin Aralıq dənizi əyalətlərində yanan yaşıllıq sahəsi 80 faiz arta bilər.



[ad_2]

Comments (0)
Add Comment