Fransız kilsəsin-də yanğın baş verib

Katedral 19-cu əsrdə fransız impressionist rəssamı Klod Mone tərəfindən dəfələrlə çəkildiyi üçün geniş tanınır.

Fransız kilsəsin-də yanğın baş verib

Fransanın Normandiyada yerləşən məşhur Ruan Kilsəsi şpilində  yanğın baş verib.

Azbelediyye.az  xarici KIV-lərə istinadən bildirdiyinə görə, Binanın dam örtüyündən alov püskürdüyü görünür.

Ruan kilsəsi 19-cu əsrdə fransız impressionist rəssamı Klod Mone tərəfindən dəfələrlə çəkildiyi üçün geniş tanınır.

Yanğının hansı səbəbdən baş verdiyi hələ məlum deyil.

Bölgə rəsmiləri bildiriblər ki, yanğın tikinti işlərinin aparıldığı hissədə başlayıb. Kilsə boşaldılıb və təcili yardım xidmətləri yerindədir.

Sakinlərə ərazidən uzaq olmaları bildirilib və binanın ətrafına təhlükəsizlik kordonu çəkilib.

Bildirilib ki, hadisə yerində 40 yanğınsöndürən maşın və 70 yanğınsöndürən olub və ərazidə ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Yanğınsöndürənlər  yanğının mərkəzinin təxminən 90 dəqiqə sonra tapa biliblər.

Fransız kilsəsin-də yanğın baş verib

Azərbaycan BələdiyyəsiFransaQotikRuan kilsəsiSenaYanğın
Comments (0)
Add Comment